Another advertisement
Xankəndidə yaşayan erməni əsilli vətəndaşların seçkiyə cəlb olunub-olunmayacağına aydınlıq gətirilib.
QafqazTürk Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dünən keçirilən mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, səsvermə hüququ olan Azərbaycan vətəndaşları üçün bütün şərait yaradılıb.
“Onun hansı millətdən olması əhəmiyyət kəsb etmir. Şəxsiyyət vəsiqəsini təqdim edən istənilən insan səs verə bilər. Səsvermə hüququ olan bütün vətəndaşlarımıza biz şərait yaratmışıq”.