Azərbaycan kubokunda 1/8 final mərhələsinin son oyun günündə 2 matç keçiriləcək.
QafqazTürk.com xəbər verir ki, günün ilk görüşü Xankəndidə baş tutacaq.
Müstəqillik illərində ilk dəfə rəsmi oyunu Xankəndi şəhər stadionu qəbul edəcək. Bu tarixi qarşılaşmada “Qarabağ”la MOİK üz-üzə gələcək. Premyer Liqanın lideri I Liqa təmsilçisi ilə görüşdə favorit sayılsa da, Ordu klubu meydana sensasiya üçün çıxacaq.
Bu cütün qalibi 1/4 finalda “Sabah”la görüşəcək. Mərhələnin matçları 2024-cü ildə keçiriləcək.
Qeyd edək ki, Əli Əliyevin start fitindən sonra oyunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başladıb.
Xatırladaq ki, bu gün 1/8 finalın daha bir oyunu təşkil olunacaq.
Azərbaycan kuboku
1/8 final
21 dekabr
14:00. “Qarabağ” – MOİK – 1:0
Qol: Nəriman Axundzadə 90 (+5)
Xankəndi şəhər stadionu