“Xamnei İsrailə raket zərbələri endirməyə davam edərsə, Tehran alovlara qərq olacaq”.
Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
Katz deyib: “İran diktatoru İran vətəndaşlarını girov saxlayır və onların, xüsusən də Tehran sakinlərinin İsrail vətəndaşlarına qarşı cinayətkar hücumlarının ağır bədəlini ödəməli olacaqları reallıq yaradır”.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir İsrail Hərbi Hava Qüvvələrinin İrandakı mülki və hərbi obyektlərə zərbələr endirdiyini bildirmişdi.