• 22 Fevral 2025 21:42

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Xamenei mümkün danışıqların üstündən xətt çəkdi

ByTürkan Şahverdova

Fev 7, 2025
Another advertisement

“Amerika ilə danışıqların ölkənin problemlərinin həllinə heç bir təsiri yoxdur, danışıqlar müdrik, ağıllı və şərəfli deyil”.

QafqazTürk Media xəbər verir ki, bu sözləri İran rəhbəri Əli Xamenei bu gün ordunun hava qüvvələri və hava hücumundan müdafiə komandirləri ilə görüşündə deyib.

“Elə qələmə verməsinlər ki, o dövlətlə danışıqlar masasına əyləşsək, hansısa problem həll olunacaq. Xeyr! Amerika ilə danışıqlar yolu ilə heç bir problem həll oluna bilməz”, – o bildirib.

Xamenei Donald Trampın birinci prezidentliyi dövründə ABŞ-la iki il müddətinə danışıqlar aparıldığına, ancaq heç bir nəticə əldə olunmadığına diqqət çəkib.