This is a specific ad

Xamenei İraq prezidentinə: İraqda bir amerikalı belə çoxdur

48

Another advertisement

İranın ali dini lideri Ayətullah Əli Xamenei aprelin 29-da Tehranda İraq prezidenti Əbdül Lətif Rəşidlə görüşündə Amerika hərbçilərinin İraqda olmasını tənqid edib və İraqı qarşılıqlı əməkdaşlığa çağırıb.

QafqazTürk xəbər verir ki, bu barədə İranın dövlət mediası İRNA məlumat yayıb.

“İraqda hətta bir amerikalının olması artıq həddən artıq çoxdur. Amerikalılar heç kimin dostu deyil, onlar avropalı müttəfiqlərinə belə sadiq deyillər” – Xamenei bildirib.

Qeyd edək ki, Xamneyinin şərhləri keçən ay ABŞ-ın müdafiə naziri Lloyd Austin-in Bağdada gözlənilməz səfərindən sonra gəldi və səfəri zamanı Austin Amerika qoşunlarının “İraqda qalmağa hazır olduğunu” söylədi.

Səfərində Lloyd Austin İraqa ABŞ-İraq strateji tərəfdaşlığını təsdiqləmək üçün gəldiyini söylədi.

İraq prezidenti Xamenei ilə görüşdən sonra verdiyi açıqlamada İraq və İran arasındakı əlaqələrin əhəmiyyətini vurğulasa da, amerikalıların İraqda olması ilə bağlı açıqlama verməyib.

Sonrakı yazı
İran, Rusiya, Suriya və Türkiyə nazirləri may ayında Moskvada görüşə bilərlər
Öncəki yazı
Bu şəxslərə verilən yardım paketi artırılıb – ƏTRAFLI