This is a specific ad

Xalqın Gücü: Amerikalılar 2024-cü il parlament seçkilərində hər şeyi edəcəklər ki, seçkilərin legitimliyini tanımasınlar

112

Another advertisement

“Amerikalılar 2024-cü il parlament seçkilərində 2020-ci il parlament seçkiləri kimi hər şeyi edəcəklər ki, seçkilərin legitimliyini tanımasınlar.”

QafqazTürk xəbər verir ki, bu barədə bəyanatı “Xalqın Gücü” ictimai hərakatı öz rəsmi “Facebook” səhifəsində yayıb.

Bəyanatda qeyd edilir ki, bir müddətdir qərbdən Gürcüstan hökumətinə qarşı hücumlar zəifləmişdir. Həm odioz Qərb siyasətçilərinin, həm də Qərb mediasının fəallığı azalmışdır. Ancaq gözlənildiyi kimi, bu sakitlik yalnız səthi idi və qısamüddətli oldu.

“Son bir həftə ərzində bir-birinin ardınca İRİ (International Republican Institute) təşkilatının saxtalaşdırılmış araşdırmaları, senator Jen Şahen və USAİD-in direktoru Samanta Pauell tərəfindən aqressiv bəyanatlar dərc olunub. Həm tədqiqatların saxtalaşdırılması, həm də Amerikanın yüksək rütbəli məmurlarının “artan avtokratiya” və “amerikalıların 2024-cü il seçkilərində kritik rolu” ilə bağlı açıqlamaları yalnız bir şeyi göstərir – amerikalılar 2024-cü il parlament seçkilərində 2020-ci il parlament seçkiləri kimi hər şeyi edəcəklər ki, seçkilərin legitimliyini tanımasınlar.

Yüksək vəzifəli məmurlar yaxşı bilirlər ki, 2012-ci ildən sonra Gürcüstan bütün istiqamətlərdə, xüsusən də demokratiya sahəsində əsaslı irəliləyişlər əldə edib. Senator Şahenə xatırlatmaq istərdik ki, Gürcüstanda avtokratiyanın, insan haqlarının tapdalanmasının, insanların işgəncə və zorlanmasının, medianın oğurlanmasının və cinayətin qarşısının alınması , eləcə də məhkəmə və digər hüquq-mühafizə strukturlarında sistemli problemlərin həlli üçün Bidzina İvanişvilinin 2012-ci ildə amerikalarının sevimli rejimini məğlub etməsi lazım oldu.

Əgər senator Jen Şahen həqiqətən gürcü demokratiyasına əhəmiyyət versəydi, o, Gürcüstan hökumətinə kökündən fərqli münasibət bəsləyərdi. Lakin onun bu münasibəti formalaşdırmasına mane olan nəsə bir şey var.

Təəssüf ki, Jen Şahen, Samanta Pauel və digər yüksək rütbəli amerikalı məmurlar Gürcüstan hökumətini Sovet MSK-nın standartları ilə qiymətləndirirlər. Amerikalılar yalnız “böyük qardaş”ın bütün tapşırıqlarını gözü bağlı yerinə yetirən hökuməti bəyənirlər. “Böyük qardaş” Gürcüstandan tək bir şeyi, Ukraynanın taleyini bölüşməyi tələb edəndə və ölkə hökuməti bu vəzifəni inadla yerinə yetirməyəndə təbiidir ki, belə şəraitdə Amerikanın rəğbətini qazanmaq mümkün deyil.

Biz senator Jen Şaheni Sovet MSK-nın yanaşmalarını bir kənara qoymağa və Gürcüstanı suveren dövlət kimi tanımağa çağırmaq istərdik. Ona xatırlatmaq istərdik ki, 2024-cü il parlament seçkilərində kritik rolu Amerika deyil, gürcü xalqı oynamalıdır və bu, mütləq belə olacaq. 2024-cü ildən sonra da Gürcüstanın taleyini vətəndaşlığı olmayan “millətçilərin” agentokratiyası deyil, demokratik yolla seçilmiş və vətənpərvər hökumət idarə edəcək”, – bəyanatda deyilir.

Sonrakı yazı
Ukraynada son vəziyyət
Öncəki yazı
Aralıq və növbədənkənar seçkilərdə son durum