• 28 Fevral 2025 10:20

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Xalq Müdafiəçisi Levan İoseliani Azərbaycana başsağlığı verib

ByTürkan Şahverdova

Dek 27, 2024
Another advertisement

Xalq Müdafiəçisi Levan İoseliani “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı dərin hüznlə kədərləndiyini bildirir, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verir.

Xalq Müdafiəsi İdarəsinin verdiyi məlumata görə, Levan İoseliani səfirlikdə olub və orada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevə şəxsən başsağlığı verib və başsağlığı kitabında kədərini ifadə edib.