This is a specific ad

Xərçəng xəstələrinin bu terapiyaları və dərmanlar dövlət proqramı ilə maliyyələşdiriləcək

49

Another advertisement

Səhiyyə Nazirliyinin qərarına əsasən, respublika üzrə bütün xərçəng xəstələrinə hormon terapiyası, kimyaterapiya, şüa terapiyası və dərman preparatları maliyyələşdiriləcək.

Qafqaztürk.com xəbər verir ki, Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, onların arasında illik gəliri 40 min laridən çox olan xəstələr də var.

“Onkoloji xəstələrin tam dəyərli müalicəyə çıxış imkanlarını artırmaq üçün universal səhiyyənin dövlət proqramında mühüm dəyişikliklər edilib.

Səhiyyə Nazirliyinin qərarına əsasən, respublika üzrə bütün xərçəng xəstələrinə hormon terapiyası, kimyaterapiya, şüa terapiyası və dərman preparatları maliyyələşdiriləcək. Onların arasında illik gəliri 40.000 laridən çox olan xəstələr də var. Dəyişiklikdən əvvəl bu xidmətlər maliyyələşdirilmirdi. Yenilik sığortalı veteranlara da təsir edəcək.

Sözügedən qərara əsasən, universal səhiyyə proqramı çərçivəsində onkoloji xəstəliklərin müalicəsi gəlirindən asılı olmayaraq hər bir benefisiar üçün bərabər əlçatan olacaq. Dəyişiklik artıq Gürcüstan hökuməti tərəfindən təsdiqlənib”, – Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Rustavidə 8 Avqust müharibəsinin qurbanları yad edildi
Öncəki yazı
მსოფლიოში იმაზე ნაკლები ყინულია, ვიდრე მეცნიერები აქამდე ფიქრობდნენ.