This is a specific ad

WSJ: Misir Rusiyaya silah verməkdən imtina etsə də, hələ də Ukraynaya kömək etməyə tələsmir

45

Another advertisement

ABŞ hökuməti Misiri Ukraynaya silah verməyə başlamağa razı salmağa çalışır, lakin Qahirə bu tələbi yerinə yetirməyə tələsmir.

QafqazTürk “Reporta” istinadən xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən yazıb.

Nəşr bildirib ki, bundan əvvəl rəsmi Qahirə Vaşinqtonun təzyiqi altında Rusiyaya silahla kömək etmək fikrindən daşınıb.

Mənbələrin bildirdiyinə görə, Misirdən mart ayında Prezident Əbdül Fəttah əl-Sisi ilə görüşən ABŞ müdafiə naziri Lloyd Ostin də daxil olmaqla, bir neçə amerikan rəsmisi tərəfindən Kiyevə silah tədarük etməyi istənilib.

Belə ki, Vaşinqton Qahirəyə Ukraynaya artilleriya mərmiləri, tankəleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və odlu silahlar verməyi təklif edib.

WSJ qeyd edib ki, mərmilərin tədarükü xüsusilə vacibdir, çünki Ukrayna əks-hücum zamanı çoxlu sursatdan istifadə edir və ABŞ administrasiyası Ukrayna Silahlı Qüvvələrində onların tükənməməsi üçün mümkün olan hər şeyi edir.

“ABŞ rəsmiləri ilə görüşlər zamanı Misir birmənalı şəkildə bu tələblər cavab verməyib, lakin Misir rəhbərliyinin nümayəndələri şəxsi söhbətlərində Qahirənin tədarüklərə başlamaq planının olmadığını deyirlər”, – müəlliflər nəql edib.

Eyni zamanda, nəşrin Dövlət Departamentindəki həmsöhbətlərindən biri bildirib ki, Misir Ukraynada ədalətli və davamlı sülhün bərqərar edilməsi cəhdlərində ABŞ-nin tərəfdaşı olaraq qalır.

“Bunlar asan məsələlər deyil, ona görə də biz misirli tərəfdaşlarımızla Rusiyanın başladığı bu müharibənin başa çatmasının qarşılıqlı faydası barədə verimli müzakirələri davam etdiririk”, – məmur bildirib.

WSJ jurnalistləri xatırladıblar ki, Misir Ukraynadakı müharibə ilə bağlı neytral qalmağa və Rusiya ilə dostluq münasibətlərini saxlamağa çalışıb. Prezident əl-Sisi hələ də Rusiya Prezidenti Vladimir Putinlə dostdur və bu yay Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitinə qatılıb. Misir həmçinin taxılının böyük hissəsini Rusiyadan alır.

Yazının müəllifləri qeyd ediblər ki, Misir rəhbərliyi Ukraynaya silah verməkdən imtina etdikdən sonra ABŞ Konqresinin bəzi üzvləri Vaşinqtonun Qahirəyə 230 milyon yardım ayırmasını dondurmağı təklif ediblər.

ABŞ Misir ordusunu dəstəkləmək üçün ildə 1,3 milyard dollar ayırır, lakin bu məbləğin kiçik bir hissəsi insan hüquqlarına hörmətdən asılıdır.

Sonrakı yazı
რუსთავში, ქიმიურ საწარმოში მუშა დაიღუპა – მარგანეცის ბუნკერმა სიმძიმეს ვერ გაუძლო, ჩამოიშალა და მამაკაცი მარგანეცის ქვეშ მოიყოლა.
Öncəki yazı
Vitamin D nədir, çatışmazlığı nələrə səbəb olur?