This is a specific ad

“WhatsApp”dan mesajlarla bağlı yeni funksiya

15

Another advertisement

“WhatsApp” tərtibatçıları mesencerdə səsli və video mesaj göndərmə üsulunu tamamilə yenidən dizayn ediblər.

Belə ki, “WhatsApp”ın “iPhone” üçün 23.21.1.71 nömrəli “beta” versiyasında çat dizaynında dəyişikliklər edilib. Bu dəyişiklik sayəsində istifadəçilərin səsli və video mesajlar arasında seçim etmələri asanlaşacaq.

Tərtibatçılar bunun mikrofon işarəsinə toxunan və daha sonra bilmədən səsli mesaj əvəzinə video mesaj göndərən diqqətsiz istifadəçilərə kömək etmək üçün nəzərdə tutulduğunu bildirirlər.

Rejimlər arasında keçid üçün yeni menyu hazırda “WhatsApp”ın cari beta versiyasını quraşdırmış bəzi beta testçiləri üçün əlçatandır. Yeniliyin digər istifadəçilərə nə vaxt görünəcəyi məlum deyil.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Uşaqlarda badamcıqların çıxarılmasının qorxulu fəsadı açıqlandı
Öncəki yazı
ალკოჰოლის ნაკლები მოხმარება დაკავშირებულია უფრო ჯანმრთელ ტვინთან