This is a specific ad

“WhatsApp” istifadəçiləri üçün işlərini asanlaşdıracaq yenilik gəlir

14

Another advertisement

“WhatsApp” mesenceri 31-ə qədər istifadəçi ilə qrup zəngləri yaratmaq imkanı təklif edir.

QafqazTürk.com xəbər verir ki,yenilik “iOS” üçün yeni beta versiyada görünüb.

Bildirilir ki, mesencerdə bundan əvvəl də 32 hesablı qrup zəngləri olub, ancaq zəng təşəbbüskarı müstəqil olaraq yalnız 15 kontakt əlavə edə bilərdi.

Məlumatda qeyd edilir ki, “WhatsApp”ın yeni funksiyası qrup zənglərini əhəmiyyətli dərəcədə təkmilləşdirir, istifadəçilərə sadəcə bir neçə toxunuşla daha çox insana tez qoşulmağa imkan verir, eyni zamanda onları sonradan zəngə əlavə etmək ehtiyacını aradan qaldırır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Qəzza zolağındakı qaçqın düşərgəsinə endirilən hava zərbəsi nəticəsində onlarla insan həlak olub
Öncəki yazı
Gürcüstanda zəlzələ qeydə alınıb