This is a specific ad

Vəkillər Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirirlər

39

Another advertisement

Vəkillər Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirirlər.

Hüquq sahəsinin nümayəndələri müxtəlif məzmunlu bannerləri və Gürcüstan Konstitusiyasını həmin yerə gətiriblər. Onlar nümayişlər zamanı həbs olunan şəxslərin azadlığa buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edirlər.

“Bu sənədləri gənc hüquqşünaslarımız bizə bir simvol olaraq payladılar. Bu ölkədə konstitusiyanın yalnız örtüyü qalıb və başqa heç nəyə zəmanət verilmir. Konstitusiyada yazılan bütün hüquqlarımız və azadlıqlarımız bu qurum və bütövlükdə məhkəmə sistemi tərəfindən təmin edilməli idi. Bu proseslər göstərdi ki, zorakılğı, insan işgəncələrini, qeyri-insani rəftarları qanuniləşdirən məhkəmə sistemidir. Ona görə də bura gəldik. Bu gün biz faktiki olaraq məhkəmə proseslərində tamaşada iştirak edirik, orada heç nə həll olunmur, ədalətin taleyi başqa yerdə, bir nəfərlə həll olunur və əminəm ki, bu ölkədə hamı bunu artıq bilir”, – keçmiş prokuror Maya Mcariaşvili bildirib.

Sonrakı yazı
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada işgüzar səfərdədir
Öncəki yazı
14 dekabra olan valyuta məzənnəsi açıqlandı