This is a specific ad

Vyaçeslav Volodin – prezidentə yönəlik terror aktı Rusiyaya qarşı hücumdur

83

Another advertisement

Prezidentə yönəlik terror aktı Rusiyaya qarşı hücumdur- bu barədə Rusiya Dumasının spikeri Vyaçeslav Volodin “Telegram” sosial şəbəkəsində yazır.

O, Kiyevin terrorçu rejimini dayandırıb məhv etməyə qadir olan silahların istifadə edilməsinin zəruriliyini bildirib.

“Kiyevin terrorçu rejimi bütün dövləti ələ keçirib, Rusiyanın, Avropanın və bütün dünyanın təhlükəsizliyini təhdid edir. Zelenski rejimini silahla təmin edən Qərb ölkələrinin siyasətçiləri başa düşməlidirlər ki, onlar terror fəaliyyətinin təkcə sponsoru deyil, həm də şəriki olublar. Zelenski rejimi ilə heç bir danışıqlar olmayacaq. Biz Kiyevin terrorçu rejimini dayandırmağa və məhv etməyə qadir olan silahlardan istifadəni tələb edirik” deyə Volodin yazır.

Xatırladaq ki, bu gün Rusiyanın Prezident Administrasiyası Kiyevin gecə saatlarında pilotsuz uçuş aparatları ilə Kremlə hücum etməyə cəhd etdiyini açıqlayıb. Rəsmi Kiyev bunu inkar edir və Rusiyaya qarşı öz ərazisində döyüşdüyünü açıqlayır.

Sonrakı yazı
Dünya Bankının yeni prezidenti təyin edildi – FOTO
Öncəki yazı
Dimitri Medvedev – Rusiyanın Ukrayna Prezidentinin məhv edilməsindən başqa yolu yoxdur