Volqoqradda neft emalı zavodunda dron hücumundan sonra yanğın baş verib

104

BBC-nin rus xidməti yerli sakinlərə istinadən xəbər verir ki, Rusiyanın Volqoqrad vilayətində neft emalı zavodu, istilik elektrik stansiyası və neft anbarı pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Teleqram kanallarında pilotsuz təyyarələrin və partlayış səslərinin eşidildiyi videolar yayılır. Videoların yerli sakinlər tərəfindən çəkildiyi ehtimal edilir.

Bundan əlavə, Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov neft emalı zavodunun ərazisində dronların dağıntılarının yanğına səbəb olduğunu bildirib.

Sonrakı yazı
“Geostat” – 2024-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 6,7 faiz təşkil edib
Öncəki yazı
Vaşinqtonda qəzaya uğrayan təyyarənin qara qutuları götürülüb