This is a specific ad

Volqoqrad koloniyasındakı məhbuslar həbsxana rəhbərliyini girov götürüblər

426

Another advertisement

Rusiyada Volqoqrad vilayətinin Surovkino koloniyasında məhbuslar arasında iğtişaş baş verib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanallarında yayılan məlumatda qeyd olunub. İğtişaşa zamanı bir neçə məhbusun girov götürüldüyü 3 nəfərin isə öldüyü bildirilib.

Bundan əlavə, 5 nəfərin yaralandığı, girovlar arasında o cümlədən müəssisənin rəhbəri Andrey Deviatov, üç işçi və bir məhbusun olduğu məlumdur.

Rusiya təhlükəsizlik qüvvələrinə yaxın bir neçə Telegram kanalı hücum edənlərin İŞİD-ə bağlı olduqlarını bəyan etdiklərini bildirir. Bu arada internetdə Federal İslah Xidmətinin geyimində bir neçə nəfəri və qanlı otağı əks etdirən video yayılır.

Sapa Kavkaz iddia edir ki, girovlar iki milyon dollar və bir helikopter tələb edirlər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Yemək menyusu açıqlanıb
Öncəki yazı
Putin və Paşinyan Rusiya liderinin Azərbaycana səfərini müzakirə edib və görüş barədə razılığa gəliblər