• 17 Fevral 2025 15:00

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Volodimir Zelenski Ukraynada məhv edilən “Vaqner”çilərin sayını açıqlayıb

ByNiyazi Yusubov

İyl 2, 2023
Another advertisement

“Ölkənin şərqində gedən döyüşlər zamanı Ukrayna ordusu “Vaqner” Xüsusi Hərbi Şirkətinin 21 minə yaxın muzdlusu məhv edilib”.
QafqazTürk.com xəbər verir ki,bunu Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, döyüşlər zamanı “Vaqner”in ən güclü bölmələri sıradan çıxarılıb: “Əlbəttə, onlar ancaq hücum edə bilərdilər. Hücumdan başqa çarələri yox idi. Əks halda öz silahdaşları tərəfindən öldürüləcəkdilər. Bu, onların gücünün əsas sirri idi”.
V. Zelenskinin sözlərinə görə, döyüşlər zamanı 80 minə yaxın “Vaqner”çi yaralanıb: “Bu, əks-hücum əməliyyatlarımızın tərkib hissəsidir. Döyüşçülərimiz irəli getməyə hazırdırlar”.
Ukrayna liderinin fikrincə, Belarusa yerləşən “Vaqner”çilər oradan yeni təhdid yarada bilərlər.