This is a specific ad

Volodimir Zelenski: “Tərəfdaşlarımızla birlikdə Rusiyaya qarşı böyük sanksiyalar paketi hazırlayırıq”

27

Another advertisement

“Tərəfdaşlarımızla birlikdə Rusiyaya qarşı sərtləşdirilmiş böyük sanksiyalar paketi hazırlayırıq”

QafqazTürk xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat yayıb

Açıqlamasında Zelenski Ukraynanın prioritetlərini bəyan edib. Onun sözlərinə görə, hazırda Ukrayna hökuməti Rusiyaya qarşı sanksiyalar mexanizmlərinin gücləndirilməsinə yönəlib.

“Mən həm bizim, həm də tərəfdaşlarımızın sanksiyalar rejimlərinin gücləndirilməsi ilə bağlı görüş keçirdim. Biz terrorçu dövlətlərin sanksiyalardan necə yan keçməyə çalışdığını diqqətlə izləyir, hər bir belə hərəkətin hesabatını aparır və bunun qarşısını almaq üçün tərəfdaşlarımızla işləyirik. Biz böyük sanksiyalar paketi hazırlayırıq”, – deyə Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, may ayı diplomatik görüşlər baxımından da  yüklənmiş olacaq.

“Ukrayna üçün may və sonrakı aylar  beynəlxalq sahədə aktiv olacaq. Bizim müdafiəmizi gücləndirəcək çoxlu danışıqlar, beynəlxalq tədbirlər həyata keçriləcək. Biz hər şey üzərində işləyirik.”, – deyə Ukrayna prezidenti bildirib.

Zelenski çıxışında Baxmut istiqamətini qoruyan hərbi hissələrə təşəkkür edib .

Sonrakı yazı
Afrikada dəniz quldurları Gürcüstan vətəndaşlarını qaçırıblar
Öncəki yazı
BÜRCLƏR – 03.05.2023