Another advertisement
Ukrayna Prezidenti Volodimir Zelenski mayın 14-də Almaniyaya səfər edəcək.
Qafqaztürk “Bild”ə istinadən xəbər verir ki, bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri V.Zelenskinin Almaniyaya ilk səfəri olacaq.
Berlin rəsmiləri məlumatı təsdiqləyiblər. Ancaq səfərin proqramı hələ ki açıqlanmayıb.
Qeyd edək ki, hazırda V.Zelenski İtaliyada səfərdədir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb