This is a specific ad

Volodimir Zelenski sabah Almaniyaya səfər edəcək

23

Another advertisement

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 14-də Almaniyaya səfər edəcək.

Qafqaztürk “Bild”ə istinadən xəbər verir ki, bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri V.Zelenskinin Almaniyaya ilk səfəri olacaq.

Berlin rəsmiləri məlumatı təsdiqləyiblər. Ancaq səfərin proqramı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, hazırda V.Zelenski İtaliyada səfərdədir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb

Kateqoriya: Gündəm
Sonrakı yazı
Türkiyədə sükut günü başlayıb, təbliğat dayandırılıb
Öncəki yazı
Viktor Orban: Əgər Avropa İttifaqı özünün iki missiyasını – sülh və firavanlığı yerinə yetirə bilmirsə, onda onun mövcudluğunun mənası nədir?