This is a specific ad

Volodimir Zelenski: Ərəb ölkələrinin liderlərini Rusiyanın təsirinə baxmayaraq ukraynalılara kömək etməyə çağırıram – ƏTRAFLI

26

Another advertisement

“Ərəb ölkələrinin liderlərini Rusiyanın təsirinə baxmayaraq, ukraynalılara kömək etməyə çağırıram!”

QafqazTürk xəbər verir ki, bu barədə Ukrayna prezidenti Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ərəb Dövlətləri Liqasının sammitində çıxışı zamanı deyib.

Ukrayna prezidenti çıxışı zamanı ərəb liderlərinə ukraynalı məhbusların azad edilməsində Səudiyyə Ərəbistanının rolunu xatırladıb.

Zelenski həmçinin bildirib ki, sammitdə Ukraynada davam edən müharibəyə fərqli baxışları olan və bunu “münaqişə” adlandıran insanlar da var: “Heç olmasa onlar yenə də insanları Rusiya əsirliyindən azad etmək ideyası ətrafında birləşə bilərlər.” – Zelenski bildirib.

Ukrayna prezidenti Ciddədə olarkən Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.

Xatırladaq ki, Ciddədə keçirilən ərəb dövlətləri liderlərinin sammitində Suriya prezidenti Bəşər Əsəd də iştirak edir.

Sonrakı yazı
Gürcüstan parlamentinin deputatları Rusiyaya görə dava ediblər
Öncəki yazı
SAKSTAT: “Yanvar-aprel aylarında Gürcüstan üçün ən iri eksport ölkəsi Ermənistan, ən iri import ölkəsi isə Türkiyə idi”