• 25 Fevral 2025 20:17

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Vladimir Zelenskinin müşaviri – Ukrayna Münhendə ruslarla görüşməyi planlaşdırmır

ByTürkan Şahverdova

Fev 14, 2025
Another advertisement

Ukrayna prezidentinin müşaviri Dmitri Litvin jurnalistlərə bildirib ki, Ukrayna nümayəndə heyəti fevralın 14-də Münhendə ruslarla görüşməyi planlaşdırmır.

“Ukraynanın mövqeyi dəyişməzdir. Ukrayna əvvəlcə Amerika ilə danışmalıdır. Avropa real və davamlı sülh üçün istənilən ciddi danışıqların iştirakçısı olmalıdır və ruslarla danışıqlar masasına yalnız razılaşdırılmış ümumi mövqe qoyulmalıdır. Rusları boş masada qarşılamırlar. İndi masada heç nə yoxdur. Münhendə ruslarla danışıqlar gözlənilmir”, – Dmitri Litvin qeyd edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp fevralın 14-də Münhendə ABŞ, Ukrayna və Rusiya nümayəndələri arasında görüşün keçiriləcəyini açıqlamışdı.