This is a specific ad

Vladimir Zelenskidən Antonio Quterreşin səfərinə rədd cavabı

244

Another advertisement

BMT-nin baş katibi Antonio Quterreş Rusiyaya səfərindən sonra Ukraynaya gəlmək istəyib, lakin prezident Vladimir Zelenski bundan imtina edib.

QafqazTürk Media xəbər verir ki, Agence France-Presse (AFP) bu barədə Ukrayna prezidentinin ofisindəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kazan şəhərində keçirilən BRİCS sammitində iştirak edən BMT-nin baş katibi Antonio Quterreşin səfər etməsini rədd edib.

“Kazandan sonra [Quterreş] Ukraynaya gəlmək istədi, lakin prezident onun səfərinə razı olmadı. Ona görə də Quterreş burada olmayacaq”, – mənbə bildirib.

Qeyd olunur ki, BMT baş katibinin Ukraynaya səfəri baş tutmayıb, çünki onun davranışı beynəlxalq hüququn və Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin əhəmiyyətinə xələl gətirir.

Kateqoriya: Dünya
Sonrakı yazı
“Rusiya Gürcüstanda planlaşdırılan seçkilərə heç bir təsir göstərə bilməyəcək”-İrakli Kobaxidze
Öncəki yazı
Bağırsaqlar üçün ən faydalı məhsul