Vladimir Zelenski: Ukrayna ordusu Donetsk istiqamətində uğurlu əks-hücum əməliyyatına başlayıb

192

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, son həftələrdə Ukrayna ordusu Donetsk istiqamətində uğurlu əks-hücum əməliyyatı həyata keçirib.

“Bu həftələrdə əks-hücum əməliyyatlarımızdan birini keçirdik. Əsgərlərimiz əla iş gördülər. Donetsk istiqamətində, xüsusən Pokrovski və Dobropolye ərazilərində şiddətli döyüşlər oldu. Biz ruslara ciddi itkilər verdik”, – Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna ordusu işğalçıları uzun müddətdir planlaşdırdıqları hücum əməliyyatından məhrum edib. Prezident qeyd edib ki, əks-hücum başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 160 kvadrat kilometr ərazini və 7 yaşayış məntəqəsini azad edib. Bundan əlavə, 170 kvadrat kilometr ərazi və 9 yaşayış məntəqəsi “işğalçılardan təmizlənib”.

Zelenski əlavə edib ki, Ukrayna əsir mübadiləsi fondunu da əhəmiyyətli dərəcədə artırıb: “Artıq yüzə yaxın rus əsir götürülüb və bu say daha da çoxalacaq.

Prezidentin sözlərinə görə, son həftələrdə yalnız Pokrovski rayonunda Rusiyanın itkiləri 2500 nəfəri ötüb, onların 1300-dən çoxu isə həlak olub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Dəhşətli qəza iki nəfərin həyatına son qoyub
Öncəki yazı
19 sentyabr tarixinə olan valyuta məzənnəsi məlumdur