• 03 Mart 2025 20:05

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Vladimir Zelenski: Ukrayna faydalı qazıntılar haqqında saziş imzalamağa hazırdır

ByTürkan Şahverdova

Mar 3, 2025
Another advertisement

Ukrayna prezidenti Vladimir Zelenski faydalı qazıntılar üzrə saziş imzalamağa hazır olduğunu bildirib.

“Əgər biz faydalı qazıntılar üzrə sazişlə razılaşsaq, onu imzalamağa hazırıq. Masa üzərində olan razılaşma tərəflər hazır olsa, imzalanacaq”.

Zelenski Oval kabinetdə baş verənlərə görə üzr istəməyib, lakin müttəfiqlər arasında yaranan fikir ayrılıqlarından “düşmənlər yararlana biləcəyi üçün” belə danışıqların tam açıq şəkildə aparılmasının “doğru olmadığını” bildirib.

Zelenski həmçinin bildirib ki, o, Oval kabinetdəki mübahisə barədə danışmaq istəmir, əksinə gələcəyə, “konstruktiv” danışıqlara keçməyə fokuslanıb.

“Əgər biz konstruktiv olsaq, müsbət nəticə əldə edəcəyik”, o qeyd edib.

“O, heç vaxt kimisə “incitmək” niyyətində olmadığını və həmişə ABŞ-dakı bütün tərəflərlə ikitərəfli danışıqlara fokuslandığını söyləyib. Zelenski həmçinin bildirib ki, o, müharibənin yeni aspektdə təqdim olunmasını istəmir, “müharibədə iki tərəf var və təcavüzkarın kim olduğu bəlli deyil”.