Vladimir Zelenski Türkiyədədir.
Ukrayna prezidenti Vladimir Zelenski bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Vladimir Zelenski hava limanında jurnalistlərə deyib ki, Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Rusiya ilə bu günə planlaşdırılan danışıqlarla bağlı qərar verəcək.
“Bizim yüksək səviyyəli nümayəndə heyətimiz var və ruslar saxta görünürlər. Görək onların qərar qəbul etmək mandatı varmı, çünki Rusiyada qərarların kim tərəfindən verildiyini hamımız bilirik. Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra formatı müzakirə edəcəyik”, – Ukrayna prezidenti qeyd edib.