Another advertisement
“Vladimir Zelenski və Ukrayna saziş imzalamaq və bu çılğınlığı dayandırmaq istəyirlər, dərhal atəşkəs əldə olunmalı və danışıqlar başlamalıdır” .
QafqazTürk Media xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bu barədə Truth sosial şəbəkəsində yazır.
“Zelenski yəni Ukrayna sövdələşmək və çılğınlığı dayandırmaq istəyir”. Lazımsız yerə 400.000 əsgər və daha çox mülki vətəndaşı itirdilər. Dərhal atəşkəs əldə olunmalı və danışıqlar başlamalıdır. “Həddindən artıq çox insan lüzumsuz şəkildə itirilir, çoxlu ailə məhv edilir və belə davam edərsə, bu, daha böyük və daha pis bir şeyə çevrilə bilər”, – Tramp yazıb.
Onun sözlərinə görə, Çin bu prosesi asanlaşdıra bilər.