“Rusların getməyə hələ vaxtı var, əks halda onları məhv edəcəyik”.
QafqazTürk xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə Rusiya qoşunları işğal olunmuş əraziləri tərk etməsə, Ukrayna ordusu onları məhv edəcək.
“Mən konkret məsələlər barədə danışmayacağam, çünki biz Rusiya Federasiyasının terrorçularına bizim strategiyamıza və işğaldan azadetmə metodlarımıza qarşı əks tədbirlər görməyə imkan verə bilmərik amma biz onlara vətənimizi tərk etməyə imkan verəcəyik. Onların çıxmağa hələ vaxtları var. Əks halda onları məhv edəcəyik”, – deyə Ukrayna prezidenti bildirib.
Zelenski Ukrayna silahlı qüvvələrinin əks-hücum üçün dəqiq nə vaxt hazır olacağını açıqlamayıb, lakin ordunun Ukrayna torpaqlarını işğaldan azad etməyə hazırlaşdığını qeyd edib.
“Qarşıdakı həftə müdafiəmiz və qələbəyə doğru irəliləməyimiz üçün xüsusilə vacib olacaq. Biz artıq planlaşdırılan tədbirlərə və qərarlara hazırlaşırıq”, – deyə Zelenski əlavə edib.