Vladimir Zelenski Norveçdədir

17

Ukrayna prezidenti Vladimir Zelenski Norveçə səfər edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.

Onların sözlərinə görə, səfər çərçivəsində Zelenski Norveçin baş naziri Jonas Qahr Støre ilə görüşəcək.

Norveçin baş naziri Norveçdə Zelenski ilə görüşmək fürsətindən məmnun olduğunu bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda Norveç qanunverici orqanında olan bütün partiyalar Ukraynaya ayrılan vəsaitin artırılması ilə bağlı razılığa gəliblər.

Ukrayna mətbuatının məlumatına görə, bu gün Ukrayna prezidenti və Norveçin baş naziri bir neçə görüş keçirəcək.

Sonrakı yazı
Bu gün Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində Novruz bayramı qeyd olunub
Öncəki yazı
Marneuli 26 may küçəsində ölümlə nəticələnən qəza