Vladimir Zelenski: Haaqa günahkarları gözləyir

53

“Bu tribunal bizə aqressiya cinayətinə görə ədaləti təmin etmək üçün real bir şans verir. Aydın şəkildə göstərməliyik: aqressiya cəzasız qalmır və bunu birlikdə – bütün Avropa olaraq etməliyik”, – Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfindən törədilmiş aqressiya cinayətinin araşdırılması üçün xüsusi tribunalın yaradılması barədə Ukrayna ilə Avropa Şurası arasında imzalanmış razılaşmaya bu sözlərlə münasibət bildirib.

Onun sözlərinə görə, Haaqa günahkarları gözləyir.

“Haaqa günahkarları gözləyir. Bu prosesdə liderlik etdiyinə görə Avropa Şurasına təşəkkür edirəm. Ədalət mütləq bərpa olunacaq”, – Zelenski bu barədə “Teleqram” kanalında yazıb.

Xatırladaq ki, Ukrayna və Avropa Şurası Rusiya tərəfindən törədilmiş aqressiya cinayətinin araşdırılması məqsədilə xüsusi tribunalın yaradılmasına dair razılaşma imzalayıblar. Müvafiq razılaşma Strasburqda, Avropa Şurasının binasında, Ukrayna prezidenti Vladimir Zelenskinin bu təşkilata ilk səfəri zamanı imzalanıb.

 

Sonrakı yazı
Avropa Şurası Parlament Assambleyasında Gürcüstanla bağlı debat keçiriləcək
Öncəki yazı
26 iyun tarixinə olan valyuta məzənnəsi məlumdur