• 22 Fevral 2025 12:28

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Vladimir Zelenski fevralın 18-də Ankarada Rəcəb Tayyib Ərdoğanla görüşəcək

ByTürkan Şahverdova

Fev 17, 2025
Another advertisement

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə Türkiyə prezidentinin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun məlumat yayıb.

Türkiyə prezidentinin kommunikasiyalar üzrə direktorunun sözlərinə görə, fevralın 18-də Ankarada Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutacaq.

“Görüşdə Türkiyə-Ukrayna strateji tərəfdaşlığının bütün aspektləri, Ukraynadakı son hadisələr və digər regional və qlobal məsələlər müzakirə olunacaq”, – deyə Fahrettin Altun X-də yazıb.

Bundan əlavə, Ukrayna prezidenti Rusiya və Amerika rəsmiləri arasında görüşdən bir gün sonra, çərşənbə günü, fevralın 19-da Səudiyyə Ərəbistanına səfər edəcək. Sabah Səudiyyə Ərəbistanında ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Serqey Lavrovla Ukraynada müharibəyə son qoyulması ilə bağlı danışıqlar aparacaq.