Vladimir Zelenski – ABŞ-ın dəstəyi olmadan sağ qalmaq şansımız az olacaq

75

Ukrayna prezidenti Vladimir Zelenski öz müsahibəsində deyib: “ABŞ-ın dəstəyi olmadan sağ qalmaq şansımız azdır”.

Onun sözlərinə görə, ABŞ-ın hərbi dəstəyi Ukraynanın müdafiəsi və gələcəyi üçün çox vacibdir.

“Mən ABŞ-ın dəstəyi olmadan Rusiya ilə döyüşmək barədə düşünmək istəmirəm. Mən bizim strateji tərəfdaş olmayacağımız barədə düşünmək istəmirəm. Bu çox çətin olacaq. Təbii ki, hər çətin vəziyyətdə şans var, lakin ABŞ-ın dəstəyi olmadan bizim sağ qalma şansımız az olacaq. Düşünürəm ki, bu, vacibdir, kritik əhəmiyyət kəsb edir”, – Vladimir Zelenski bildirib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin müharibəni bitirmək istəmir, əksinə müvəqqəti atəşkəs istəyir ki, Rusiyaya qarşı sanksiyalar götürülsün və o, ordusunu yenidən təşkil edə bilsin.

 

Sonrakı yazı
Xarici İşlər Nazirliyi – İşğal olunmuş ərazilərdə həyata keçirilən istənilən seçki qeyri-qanunidir və heç bir hüquqi nəticə verə bilməz, biz beynəlxalq ictimaiyyəti reaksiya verməyə çağırırıq
Öncəki yazı
Media – Rusiyanın yeddi hava limanı dron hücumu təhlükəsi səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb