• 24 Fevral 2025 06:00

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Vladimir Zelenski – ABŞ-ın dəstəyi olmadan sağ qalmaq şansımız az olacaq

ByTürkan Şahverdova

Fev 15, 2025
Another advertisement

Ukrayna prezidenti Vladimir Zelenski öz müsahibəsində deyib: “ABŞ-ın dəstəyi olmadan sağ qalmaq şansımız azdır”.

Onun sözlərinə görə, ABŞ-ın hərbi dəstəyi Ukraynanın müdafiəsi və gələcəyi üçün çox vacibdir.

“Mən ABŞ-ın dəstəyi olmadan Rusiya ilə döyüşmək barədə düşünmək istəmirəm. Mən bizim strateji tərəfdaş olmayacağımız barədə düşünmək istəmirəm. Bu çox çətin olacaq. Təbii ki, hər çətin vəziyyətdə şans var, lakin ABŞ-ın dəstəyi olmadan bizim sağ qalma şansımız az olacaq. Düşünürəm ki, bu, vacibdir, kritik əhəmiyyət kəsb edir”, – Vladimir Zelenski bildirib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin müharibəni bitirmək istəmir, əksinə müvəqqəti atəşkəs istəyir ki, Rusiyaya qarşı sanksiyalar götürülsün və o, ordusunu yenidən təşkil edə bilsin.