Rusiya prezidenti Vladimir Putin Kiyevə birbaşa danışıqların bərpasını təklif edib.
“Biz Kiyev hakimiyyətinə dayandırdıqları danışıqları bərpa etməyi təklif edirik”, – Putin mediaya açıqlamasında deyib.
Rusiya lideri izah edib ki, söhbət birbaşa danışıqların bərpasından gedir. O, bunun heç bir ilkin şərt olmadan dərhal, mayın 15-də İstanbulda başlamalı olduğunu vurğulayıb.
“Biz Kiyev rejimi ilə birbaşa danışıqları mayın 15-də İstanbulda bərpa etməyi təklif edirik”, – Putin qeyd edib.