Rusiya mətbuatı Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qələbənin 80 illiyi münasibətilə Ukraynada atəşkəs elan edib.
Onların sözlərinə görə, atəşkəs üç gün, mayın 8-10-da qüvvədə olacaq.
“Bu müddət ərzində bütün hərbi əməliyyatlar dayandırılacaq. Rusiya hesab edir ki, Ukrayna tərəfi bundan nümunə götürməlidir. Kiyev atəşkəs razılaşmasını pozarsa, Rusiya qoşunları adekvat və effektiv cavab verəcək”, – Kremlin bəyanatında deyilir.