Rusiya prezidenti Vladimir Putin işğal olunmuş Sxinvali vilayəti ilə hərbi-texniki əməkdaşlığın inkişafı haqqında sazişi Dövlət Dumasına ratifikasiyaya təqdim edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Rusiya Federasiyası ilə Cənubi Osetiya Respublikası arasında hərbi-texniki əməkdaşlığın inkişafı haqqında 2023-cü il avqustun 23-də Sxinvali şəhərində imzalanmış sazişin ratifikasiyası”, – deyə sənəddə bildirilir.
İzahnamədə qeyd olunur ki, saziş hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır.
Sənədlər paketinə hökumətin rəyi də daxildir və orada deyilir ki, “Bu sazişin həyata keçirilməsi Rusiya Federasiyası və Cənubi Osetiya Respublikasının müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə hərbi-texniki sahədə əməkdaşlığın dərinləşməsinə töhfə verəcək”.