SSRİ-nin dağılmasından sonra Qərb Rusiyanın maraqlarına məhəl qoymayaraq, özləri yaratdıqları qaydalarla yaşamağa qərar verdilər.
Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Sovet İttifaqının avto-da-fe törətdiyini, özünü ləğv etdiyini nəzərə alsaq, onlar Rusiyanın sivil dünyanın bir hissəsi olacağını güman edirdilər. Qərb belə qərara gəldi:
Sovet İttifaqı yoxdur, Sovet İttifaqında olan potensial gücə malik olmayan Rusiyaya münasibətdə biz niyə qaydalara əməl edək.
İndi biz Rusiyanı öz istədiyimiz qaydalara uyğun hesablayacağıq və öz qanunlarımızla yaşayacağıq”,- Putin vurğulayıb.
O bildirib ki, SSRİ dağılandan sonra Qərb Rusiyaya qarşı geosiyasi üstünlük əldə etmək istəyirdi.
Onun sözlərinə görə, SSRİ dağılandan sonra Qərb Rusiya Federasiyasının dövlət strateji maraqlarına laqeyd münasibət saxlayıb.