This is a specific ad

Vladimir Putin: “Qərb Rusiyanı onlarla müxtəlif dövlət quruluşlarına bölməyə çalışır”

25

Another advertisement

“Qərb Rusiyada müxtəlif etnik və milli qruplar arasında qarşıdurmanı qızışdırmağa və Rusiyanı onlarla müxtəlif dövlət birləşmələrinə bölməyə çalışır,”

QafqazTürk xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin televiziyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərb bunu Rusiyanı özünə tabe etmək üçün edir və Rusiya dəyərlərinə hücumlar davam edir.

“Qərbin praktiki olaraq bütün-iqtisadi, hərbi, siyasi və informasiya arsenalı bizə qarşı yönəlib. Ən güclü anti-Rusiya təbliğatı həyata keçirildi. Tariximizə, mədəniyyətimizə və mənəvi dəyərlərimizə hücumlar davam edir”, – deyə Putin bildirib.

Xatırladaq ki, bu gün G7-yə üzv ölkələrin liderlərinin sammitində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı razılığa gəliblər.

Sonrakı yazı
SAKSTAT: “Yanvar-aprel aylarında Gürcüstan üçün ən iri eksport ölkəsi Ermənistan, ən iri import ölkəsi isə Türkiyə idi”
Öncəki yazı
Salome Zurabişvili: “Rusiya ilə uçuşlara yox”