” “Vaqner” rəhbəri Yevgeni Priqojini çoxdan tanıyırdım, çətin taleyi olan, lakin istedadlı, nəinki özü üçün, eyni zamanda cəmiyyət üçün vacib nəticələr əldə edən biri idi”.
QafqazTürk.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Priqojini çoxdan, 90-cı illərin əvvəllərindən tanıyırdım. O, çətin taleyi və həyatda ciddi səhvləri olan birisi idi. Özü üçün, eyni zamanda son aylarda mən xahiş edəndə cəmiyyət üçün də lazımi nəticələr əldə edirdi. İstedadlı insan, istedadlı iş adamı idi. Təkcə ölkəmizdə deyil, xaricdə, xüsusən də Afrikada işləyirdi“, – deyə Kreml rəhbəri bildirib.
Qeyd edək ki, ötən gün (23 avqust) göyərtəsində Y.Priqojinin də olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa gedərkən Tver vilayətində qəzaya düşüb və 7 sərnişin və 3 ekipaj üzvünün hamısı ölüb.
Təyyarənin daxildən partladıldığı və yaxud zenit-raket kompleksi ilə vurulduğu barədə iddialar var.