Rusiya prezidenti Vladimir Putin nadir metallar sənayesinin inkişafı ilə bağlı keçirilən müşavirədə bildirib ki, nadir metallar müasir iqtisadiyyat üçün ən vacib resurslardır.
“Milli layihə çərçivəsində nadir torpaq metalları sənayesinin bütöv bir xətti, onların hasilatı və emalından tutmuş yüksək əlavə dəyərə malik hazır yüksək texnologiyalı məhsulların istehsalına qədər tam çikl yaradılmalıdır”, – Vladimir Putin bildirib.
O bildirib ki, Rusiyada bu prosesə başlamaq üçün hər şey var.
“Bu sahə müasir iqtisadiyyat üçün ən mühüm resurs bazasıdır. Nadir metallara mikroelektronika, energetika, rəqəmsal iqtisadiyyat infrastrukturunun yaradılması, mülki və müdafiə sektorunun bir çox sektorlarında tələbat var”, – Rusiya prezidenti qeyd edib.