Rusiya prezidenti Vladimir Putin deyib ki, hər kəslə danışıqlar mümkündür, lakin Zelenski qeyri-legitimdir.
“İstənilən şəxslə danışıqlar aparıla bilər, lakin qeyri-legitimliyinə görə onun (Zelenskinin) heç nəyə imza atmaq hüququ yoxdur. O, danışıqlarda iştirak etmək istəsə, o zaman bu danışıqlara rəhbərlik edəcək şəxsləri təyin edəcəyəm”, – Vladimir Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, Ukrayna Konstitusiyasına görə prezidentin hətta hərbi vəziyyət dövründə də səlahiyyətlərini davam etdirmək hüququ yoxdur və Ukrayna ilə danışıqlar sənədlərin imzalanmasından gedir.
Bu, uzunmüddətli tarixi perspektivdə həm Ukraynanın, həm də Rusiyanın təhlükəsizliyinə zəmanət verməli olan ciddi məsələdir. Sənədlərin imzalanması baxımından hər şey edilməlidir ki, hüquqşünaslar Ukrayna dövləti adından müqavilələr imzalamaq səlahiyyətinə malik olan şəxslərin legitimliyini təsdiq etsinlər”, – Rusiya prezidenti qeyd edib.