Another advertisement
Rusiya prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycanda səfərdə olacaq.
QafqazTürk media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlığı, münasibətləri və müttəfiqliyinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq”, – deyə məlumatda qeyd olunub.
Həmçinin qeyd edilir ki, səfərin yekunu olaraq dövlət başçılarının birgə bəyanatının qəbulu, həmçinin hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.