Another advertisement
Rusiya prezidenti Vladimir Putin qondarma işğal olunmuş Abxaziyanın lideri Badra Qunbanı təbrik edib
“Prezident seçkilərində qələbə qazanmağınız münasibətilə sizi təbrik edirəm. Ümid edirəm ki, Rusiya ilə Abxaziya arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmlənməsi qardaş xalqlarımızın rifahı naminə davam edəcək”, – Putinin təbrik məktubunda deyilir.
Xatırladırıq ki, dünən işğal altında Abxaziyada qondarma “Prezident seçkiləri”nin ikinci turu keçirildi və bu seçkilərdə Badra Qunba qalib gəlib.