• 06 Mart 2025 20:30

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Vladimir Putin Aleksandr Darçiyevi Rusiyanın ABŞ-dakı səfiri təyin edib

ByTürkan Şahverdova

Mar 6, 2025
Another advertisement

Rusiya mətbuatı xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Aleksandr Darçiyevi Rusiyanın ABŞ-dakı səfiri təyin edib.

“Aleksandr Darçiyev bununla Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Rusiya Federasiyasının Vaşinqtonda Amerika Dövlətləri Təşkilatı yanında Daimi Müşahidəçi təyin edilsin”, – Vladimir Putinin sərəncamında deyilir.

Aleksandr Darçiyev 2014-2021-ci illərdə Rusiyanın Kanadadakı səfiri olub, 2021-2025-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru vəzifəsində çalışıb, 2025-ci ilin yanvarından isə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru olub.

Məlumat üçün bildirək ki, Rusiyanın ABŞ-dakı keçmiş səfiri Anatoli Antonov səlahiyyət müddəti başa çatdıqdan sonra ötən ilin oktyabrında tutduğu vəzifədən istefa verib.