Vladimer Putin və Volodimir Zelenskiyə sülh planını təqdim edəcək ölkələr – ƏTRAFLI

0

“Vladimer Putin və Volodimir Zelenski sülh planını təqdim edəcək Afrika ölkələrinin missiyasını qəbul etməyə razılıq veriblər” – QafqazTürk xəbər verir ki,bu barədə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa açıqlayıb.

Ramaposa sülh planının Seneqal, Uqanda və Misir liderləri tərəfindən dəstəkləndiyini bildirib.

O, həmçinin BMT-nin baş katibinə, ABŞ və Böyük Britaniyaya məlumat verildiyini deyib.

“İki liderlə apardığım müzakirələr göstərdi ki, onlar afrikalı liderləri qəbul etməyə və bu münaqişənin necə bitəcəyini müzakirə etməyə hazırdırlar. Planın uğur əldə edib-etməyəcəyi baş tutacaq müzakirələrdən asılı olacaq” -deyə Siril Ramaposa açıqlayıb.

0
0
Sonrakı yazı
Sadaxlı kəndində şagirdlərin əl işlərindən ibarət sərgi keçirildi
Öncəki yazı
Ərdoğan: “Qarşıdakı 12 gündən yaxşı istifadə edəcəyik”