Another advertisement
NATO-nun Vilnüs Zirvə Toplantısının Bəyanatında NATO-nun baş katibi, prezident Ərdoğan və İsveç baş naziri Kristersson arasında əldə olunan razılaşmanın müsbət qarşılandığı bildirilib.
QafqazTürk.com xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitindən sonra dərc edilən bəyanatda Rusiya ilə əlaqələr, terrorla mübarizə və Ukraynanın NATO-ya üzvlüyü müzakirə edilib.
NATO-nun açıq qapı siyasətinə işarə edilən bəyanatda bütün ölkələrin öz təhlükəsizlik tənzimləmələrini seçmək hüququ olduğu bildirilib.
“İsveçi alyansın tamhüquqlu üzvü kimi qarşılamağı səbirsizliklə gözləyirik. Bu kontekstdə NATO-nun baş katibi, Türkiyə prezidenti və İsveçin baş naziri arasında əldə olunan razılaşmanı alqışlayırıq”, – deyə bəyanatda qeyd olunub.