This is a specific ad

Viktor Orban: “Gürcüstanın xristian dövlətini qorumaq üçün apardığı mübarizəsini yüksək qiymətləndiririk”

9

Another advertisement

“Gürcüstanın xristian dövlətini qorumaq üçün apardığı mübarizəsini yüksək qiymətləndiririk”

Qafqaztürk xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Macarıstan Gürcüstanın bir neçə yüz ildir ki, xristian dövlətini qorumaq üçün apardığı mübarizəsini yüksək qiymətləndirir.

“Hörmətli xanımlar və cənablar, çox təşəkkür edirəm. Baş nazir Ğaribaşviliyə dəvətə görə təşəkkür edirik. Siz bizə iqtisadiyyatın çox yüksək inkişaf templərini göstərdiniz və bir neçə ildir ki, qoruyub saxlayırsınız. Bu nöqteyi-nəzərdən Avropa İttifaqı ilə yaxınlaşmağınız daha asan olmalıdır, lakin bizim görüşümüz son 30 ildə qlobal təhlükəsizlik vəziyyətinin heç vaxt indiki kimi pis olmadığı fonunda oldu”, – Viktor Orban bildirib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
İsrail Baş Qərargah rəisi: “Qəzzanı bütün imkanlarımızla vurmağa davam edəcəyik”
Öncəki yazı
Eşitmə məhdudiyyətinin müalicəsi üçün yeni üsul kəşf edildi