This is a specific ad

Viktor Hüqo haqda bilməli olduğumuz hansı maraqlı faktlar var?

71

Another advertisement

Fransız ədəbiyyatının ən görkəmli nümayəndəsi, heç şübhəsiz, Viktor Hüqo hesab edilir. Bu dahi qələm sahibi dünya ədəbiyyatına “Səfillər”, “Paris Notr-Dam kilsəsi”, “Gülən adam” və s. kimi möhtəşəm əsərlər vermişdir. 

Bəs Viktor Hüqo haqda bilməli olduğumuz hansı maraqlı faktlar var?

Biz sizin üçün ən maraqlı 10 faktı topladıq:

1. Viktor Hüqo 14 yaşında artıq 2 faciə əsəri yazmışdı.

2. Hüqonun yazıçılıq istedadı ilə yanaşı rəssamlıq qabiliyyəti də güclü olmuşdur. Səkkiz yaşından etibarən o, rəsm çəkməyə başlamışdır. 

3.Viktor Hüqo özü “Paris Notr-Dam” əsərini fransız xalqını tarixi abidələri sevməyə ruhlandırmaq üçün yazdığını qeyd edirdi.

4. Dahi yazıçı ömrünün 16 ilini fransız otellərindən birində yaşamışdır. 

5. Yazıçı maddi böhrana düşən zaman qələm-kağızını götürüb bir otağa qapanıb çılpaq halda yazmağa başlayırdı. 

6. “Səfillər” romanını 20 ildən çox vaxta yazmışdır.

7. Yazıçının həyat yoldaşı Adel ona qarşı çox laqeyd olsa da 5 övlad dünyaya gətirmişdir.

8. O, 50 il boyunca “əsl həyat yoldaşım” adlandırdığı başqa bir qadınla sevgi münasibəti yaşamışdır. 

9.  80 yaşı olanda xəstəlikdən əziyyət çəkən Viktor Hüqo onun şərəfinə düzəldilmiş paradda iştirak etməkdən imtina edə bilmir. Nəticədə sətəlcəmi daha da inkişaf etdi və o, tezliklə öldü.

10. Hətta Merkuri planetinin kraterlərinin birini də  yazıçının şərəfinə adlandırıblar.

Sonrakı yazı
„აშურა“- შიიტი მუსლიმების სამგლოვიარო ტრადიცია
Öncəki yazı
მარნეულში ახალი დღესასწაული “მარნეულობა” აღინიშნება