This is a specific ad

Videomüşahidə kameralarına ziyan vuran aksiya iştirakçısı həbs edilib

251

Another advertisement

Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər adam öldürməyə cəhd və oğurluğa görə məhkum olunmuş  aksiya iştirakçısını əmlaka ziyan vurduğuna görə həbs ediblər.

QafqazTürk Media xəbər verir ki, sözügedən cinayət 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, müttəhim Rustaveli prospektində davam edən aksiyanı tərk etdikdən sonra Mziuri parkında yerləşən videomüşahidə kameralarına qəsdən ziyan vurub.

İstintaq Cinayət Məcəlləsinin 187-ci maddəsinin özgənin əmlakını zədələmə və ya məhv etmə maddəsinin birinci hissəsi ilə aparılır”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Sonrakı yazı
Xüsusi təyinatlıların kordonunu yaran gənc qadın 2600 lari cərimələnib
Öncəki yazı
Aksiyada xəsarət alan 15 nəfər xəstəxanaya yerləşdirilib