This is a specific ad

Vatsapda daha bir yenilik

276

Another advertisement

Vatsap messenceri istifadəçilərə yeni funksiyanı təqdim etməyə hazırlaşır.

QafqazTürk Media xəbər verir ki, vatsap istifadəçilərin status paylaşarkən xüsusi kontaktları etiketləməyə imkan verən yeni funksiyasını sınaqdan keçirməyə başlayıb.

İstifadəçilər “status” bölməsində ekranının aşağı sağ tərəfində əlavə edilmiş “@” simvoluna sıxaraq kontaktlarından birini asanlıqla əlavə edə biləcəklər.

Qeyd olunub ki, vatsap istənilən postda etiketlənmiş istifadəçilərə bildirişlər göndərməklə yanaşı, eyni zamanda instaqramda olduğu kimi paylaşılan postu yenidən paylaşmağa imkan verəcək.

Məlumata əsasən, status yeniləməsinə baxan digər insanlar kimin qeyd edildiyini görə bilməyəcək. Bildiriş və mesajı yalnız qeyd olunan şəxs çatında alacaq. Bu, istifadəçi ilə qeyd olunan şəxs arasında qarşılıqlı əlaqənin gizli qalmasını təmin edir. Nəticədə, işarələnən şəxs statusu özü də paylaşmadan kimlərin görə biləcəyi ilə bağlı şəxsləri seçə bilər.

 

Kateqoriya: Maraqlı
Sonrakı yazı
939-cu gün: Rusiyanın itkiləri yeniləndi
Öncəki yazı
Marneuli bələdiyyəsinin Sakrebulo sədri Amiran Qiorqadze “Həvəskarlar Liqası” nın regional futbol oyununda iştirak edib