• 22 Fevral 2025 20:49

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Vaşinqtonda qəzaya uğrayan təyyarənin qara qutuları götürülüb

ByTürkan Şahverdova

Yan 31, 2025
Another advertisement

Vaşinqtonda qəzaya uğrayan American Airlines təyyarəsinin qara qutuları götürülüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Nəşrin məlumatına görə, qara qutulardan çıxarılan məlumatların təhlili faciə baş verən yerin yaxınlığında yerləşən Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının laboratoriyasında aparılacaq.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) fəlakətlə bağlı ilkin hesabatın 30 gün ərzində açıqlanacağını bildirib. Şura da iddia edir ki, onlarda çoxlu məlumat var, lakin bunu yoxlamaq üçün müəyyən vaxt lazımdır.

Rəsmilərin sözlərinə görə, təyyarədə 64, vertolyotda isə 3 nəfər olub. Vaşinqton Yanğın və Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Con Donnell, “Biz heç kimin bu fəlakətdən sağ çıxdığını düşünmürük” deyib.

Məlumat üçün bildirək ki, Amerika Birləşmiş Ştatlarında Vaşinqtonun Reyqan hava limanı yaxınlığında American Airlines sərnişin təyyarəsi ABŞ ordusuna məxsus Black Hawk helikopteri ilə toqquşub. Təbii fəlakət Potomak çayı üzərində baş verib. Axtarış-bərpa əməliyyatı davam edir.